Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini aktivləşdirmək niyyətində deyil.
Paşinyanın sözlərinə görə, təşkilat daxilində Ermənistanın mümkün xaric edilməsi məsələsi müzakirə olunur.
“Əgər təşkilat Ermənistanı xaric etsə, mən bundan çox məmnun olaram. Hər halda, bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək”, – deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan həmçinin qeyd edib ki, İrəvan KTMT-də tamhüquqlu iştirakını bərpa etmək üçün addımlar atmağı planlaşdırmır.
Ermənistan 2024-cü ildə Rusiya və KTMT-nin digər üzvləri ilə münasibətlərin kəskin pisləşməsi fonunda təşkilatdakı iştirakını faktiki olaraq dondurub.
