Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

İqtisadiyyat Materials 22 Avqust 2026 17:05 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik icmalı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı.Trend:

Bu həftə (17-21 avqust) “Azeri Light” (CIF), “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri artıb, “Azeri Light”un (FOB Ceyhan) orta qiyməti isə azalıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən “Azeri Light” (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə (10-14 avqust) ilə müqayisədə 0.48 ABŞ dolları və ya 0.51 faiz artaraq 95.03 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində (17-21 avqust) bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 97.12 ABŞ dolları, minimal qiyməti isə 91.31 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 91.52 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin (10-14 avqust) göstəricisindən 0.1 ABŞ dolları və ya 0.12 faiz azdır. Həftə ərzində (17-21 avqust) ən yüksək qiymət bir barel üçün 93.70 ABŞ dolları, ən aşağı qiymət isə 88.20 ABŞ dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə (10-14 avqust) ilə müqayisədə 3.3 ABŞ dolları və ya 5.14 faiz artaraq bir barel üçün 67.48 ABŞ dolları təşkil edib. Həftə ərzində (17-21 avqust) maksimal qiymət 70.29 ABŞ dolları, minimal qiymət isə 63.08 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 92.95 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə (10-14 avqust) ilə müqayisədə 0.23 ABŞ dolları və ya 0.25 faiz çoxdur. Həftə ərzində (17-21 avqust) bir barel üçün maksimal qiymət 94.43 ABŞ dolları, minimal qiymət isə 90.16 ABŞ dolları olub.

Neft/Tarix

17.08.2026

18.08.2026

19.08.2026

20.08.2026

21.08.2026

Orta qiymət

Azeri LT CIF

$91.31

$94.58

$95.48

$96.68

$97.12

$95.03

Azeri Light FOB Ceyhan

$88.20

$90.89

$91.79

$93.04

$93.70

$91.52

Urals (EX NOVO)

$63.08

$66.47

$67.94

$69.63

$70.29

$67.48

Dated Brent

$90.16

$92.72

$93.40

$94.03

$94.43

$92.95

Məqalədə:

Xəbər lenti

Xəbər lenti