Kurultaya seçkilərdə seçici fəallığı 53,12 faiz təşkil edib

Dünya xəbərləri Materials 23 Avqust 2026 14:00 (UTC +04:00)
Kurultaya seçkilərdə seçici fəallığı 53,12 faiz təşkil edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Saat 14:00-a olan məlumata görə, Qazaxıstanda Kurultaya seçkilərdə seçici fəallığı 53,12 faiz təşkil edib.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb, Trend-in Astanadakı xüsusi müxbiri xəbər verir.

MSK-dan bildirilib: “Ölkə üzrə saat 14:00-a 6 696 002 seçici bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 53,12 faizini təşkil edir”.

Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 14:00-a regionlar üzrə seçici fəallığı belə olub:

  • Astana şəhəri – 40,92%

  • Abay vilayəti – 63,07%

  • Akmola vilayəti – 61,15%

  • Aktöbe vilayəti – 60,87%

  • Almatı vilayəti – 54,57%

  • Atırau vilayəti – 54,49%

  • Qərbi Qazaxıstan vilayəti – 50,21%

  • Jambıl vilayəti – 50,58%

  • Jetısu vilayəti – 62,89%

  • Qaragandı vilayəti – 62,79%

  • Kostanay vilayəti – 55,86%

  • Qızılorda vilayəti – 64,22%

  • Manqistau vilayəti – 50,65%

  • Pavlodar vilayəti – 54,01%

  • Şimali Qazaxıstan vilayəti – 58,63%

  • Türküstan vilayəti – 57,72%

  • Ulıtau vilayəti – 53,31%

  • Şərqi Qazaxıstan vilayəti – 61,10%

  • Almatı şəhəri – 30,36%

  • Şımkent şəhəri – 55,32%

Vətəndaşların müvəqqəti olduğu yerlərdəki 305 seçki məntəqəsində səsvermə başa çatıb.

Seçki məntəqələrində seçici fəallığı ilə bağlı növbəti məlumat saat 16:00-da təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti