Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,44 ABŞ dolları və ya 0,45 faiz artaraq bir barel üçün 97,12 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,66 ABŞ dolları və ya 0,71 faiz artaraq 93,70 ABŞ dolları təşkil edib. “Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,66 ABŞ dolları və ya 0,95 faiz artaraq bir barel üçün 70,29 ABŞ dollarına çatıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,4 ABŞ dolları və ya 0,42 faiz artaraq bir barel üçün 94,43 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti cümə günü
bir barel üçün 94 dollar ətrafında dəyişməz qalıb. Bildiril8b ki,
investorlar İranın ABŞ ilə münaqişəyə son qoymaq niyyətində ola
biləcəyinə dair siqnalları qiymətləndiriblər.
"İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran müharibəni
güclü mövqedə olduğu bir vaxtda başa çatdırmağa üstünlük verərdi.
O, Vaşinqtonla mövcud memorandumun İranın qələbəsi olduğunu qeyd
edib.
Bu açıqlamalar ABŞ maliyyə naziri Skott Bessentin Vaşinqtonun İrana
qarşı indiyədək tətbiq etdiyi ən sərt sanksiyaları tətbiq edəcəyini
və İran rejiminə iqtisadi təzyiqi artıracağını bildirməsindən sonra
müəyyən rahatlıq yaradıb.
Ziddiyyətli siqnallar fonunda neftin qiyməti ikinci həftə
ardıcıl olaraq 5%-dən çox artıb.
Bu arada ABŞ ordusu mayın əvvəlindən etibarən tankerlərin Hörmüz
boğazından 660 milyon bareldən çox xam neft daşımasına yardım
etdiyini bildirib. Bu isə münaqişə və artan geosiyasi risklərə
baxmayaraq, strateji əhəmiyyətli enerji dəhlizindən əhəmiyyətli
həcmdə neftin daşınmasının davam etdiyini göstərir", - məlumatda
qeyd edilib.
