ABŞ-nin Alyaska ştatında səkkiz nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 21 Avqust 2026 07:28 (UTC +04:00)

Bakı. Trend:

Göyərtəsində səkkiz nəfərin olduğu təyyarə ABŞ-nin Alyaska ştatının qərbində qəzaya uğrayıb.

Bu barədə "Associated Press" agentliyi ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına istinadən məlumat yayıb.

Məlumata əsasən, göyərtəsində iki pilot və altı sərnişin olan təyyarə Ankoricdən havaya qalxıb və Nyunem burnu yaxınlığında qəzaya uğrayıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Təyyarədə olan şəxslərin vəziyyəti barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti