ABŞ Ali Məhkəməsi Ağ Evdə banket zalının tikintisinin davam etdirilməsinə icazə verib

Dünya xəbərləri Materials 22 Avqust 2026 01:43 (UTC +04:00)
ABŞ Ali Məhkəməsi Ağ Evdə banket zalının tikintisinin davam etdirilməsinə icazə verib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi Amerika Prezidenti Donald Trampın administrasiyasına Ağ Evin ərazisində yeni banket zalının tikintisini müvəqqəti olaraq davam etdirməyə icazə verib.

Ölkənin ali məhkəmə instansiyasının qərarına əsasən, Kolumbiya federal dairəsi məhkəməsinin daha əvvəl çıxardığı və tikintinin müvəqqəti dayandırılmasını nəzərdə tutan qərarın qüvvəsi "növbəti sərəncama qədər dayandırılır". Vaşinqton administrasiyası Trampın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi də daxil olmaqla bir sıra səbəblərlə tikintiyə maneə yaradılmamasını xahiş etmişdi.

ABŞ Ali Məhkəməsinin bu qərarı yekun deyil. Sözügedən iş üzrə məhkəmə araşdırması davam edir.

Kolumbiya federal dairəsi məhkəməsi bu ilin əvvəlində qərara almışdı ki, Ağ Evin ərazisində banket zalının tikintisi Konqresdən müvafiq icazə alınana qədər qismən dayandırılmalıdır. Bununla da ABŞ prezidentinin özəl investorların vəsaiti hesabına banket zalının tikintisi barədə birtərəfli qaydada qərar qəbul etməsinə imkan verən səlahiyyətlərə malik olmadığını iddia edən qeyri-hökumət mədəni irsin qorunması fondunun tələbləri qismən təmin edilmişdi. Amerika prezidenti bu qərarla razılaşmadığını bildirib. Vaşinqton administrasiyası bu məhkəmə araşdırmasına xitam verilməsini tələb edir.

Banket zalının tikintisi ilə bağlı planlar rəsmi olaraq 2025-ci ilin iyul ayının sonunda açıqlanıb. Hazırlıq işləri bir neçə ay ərzində davam edib.

Xəbər lenti

Xəbər lenti