Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub

İdman Materials 21 Avqust 2026 00:20 (UTC +04:00)
Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.

29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.

Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.

Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti