78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Cəmiyyət Materials 21 Avqust 2026 10:48 (UTC +04:00)
78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti