Bakı. Trend:
Müasir cəmiyyət daha güclü, daha ədalətli olmalı və öz tarixini müstəqil şəkildə təqdim etməyi bacarmalıdır.
Təhsil, peşəkar inkişaf və gənclərin iştirakı insan potensialının gücləndirilməsi, insan ləyaqətinin qorunması və daha açıq, demokratik cəmiyyətin qurulması üçün mühüm əhəmiyyət daşıyır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Konqo Demokratik Respublikasının UNESCO üzrə Milli Komissiyasının Gənclər Proqramının assistenti Ester Kile Va Nqoy Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin 101 ili ədalətsizlik və reparasiyalar uğrunda mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Biz daha güclü, daha dürüst və öz tarixini müstəqil şəkildə danışa bilən cəmiyyət qurmalıyıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, milli və beynəlxalq hüquq çərçivəsində insan potensialının inkişafına və insan ləyaqətinin qorunmasına xüsusi diqqət yetirilməlidir.
“Peşəkar inkişafın, təhsilin və iştirakın vacibliyindən danışarkən, elmin fundamental prinsiplərindən biri olan insan ruhuna diqqət yönəltmək istərdim”, – deyə Ester Kile Va Nqoy bildirib.
O vurğulayıb ki, insan potensialının inkişafına, eləcə də milli və beynəlxalq hüquq çərçivəsində insan ləyaqətinin qorunmasına xüsusi diqqət ayrılmalıdır.
Ester Kile Va Nqoy qeyd edib ki, bu gün gələcəyin hazırlanması və demokratik cəmiyyətin qurulması üçün əsas kimi istifadə olunmalıdır.
“Biz bu günü demokratiyanın hazırlanması və qurulması vasitəsi kimi daha səmərəli istifadə edə bilərik ki, Fransa daha açıq, azad və demokratik ola bilsin”, – deyə o bildirib.
O, həmçinin insan ləyaqətinin və qanunun aliliyinin qorunmasının vacibliyini vurğulayıb, müasir dünyanın böhran dövrü yaşadığını qeyd edib.
