Bakı. Trend:
"Comex" birjasında dekabr ayında tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 4 600 dolları ötüb.
Bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, qızılın qiyməti 1,21 faiz artaraq troya unsiyası üçün 4 600,3 dollara çatıb.
Bakı vaxtı ilə saat 05:45-də fyuçerslərin bahalaşması zəifləyib və qiymət troya unsiyası üçün 4 583,5 dollar təşkil edib (0,84 faiz artım).
Eyni vaxtda cari ilin sentyabr ayında tədarükü nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 0,57% artaraq troya unsiyası üçün 68,49 dollara yüksəlib.