Niderlandda "Uber" sürücülərin hesablarını avtomatik deaktiv etdiyinə görə 825 milyon avro cərimələnib

Dünya xəbərləri Xəbər 22 Avqust 2026 03:12 (UTC +04:00)
Niderlandda "Uber" sürücülərin hesablarını avtomatik deaktiv etdiyinə görə 825 milyon avro cərimələnib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Məlumatların Mühafizəsi üzrə İdarəsi (AP) sürücülərin hesablarını onlara lazımi qaydada məlumat vermədən avtomatlaşdırılmış şəkildə deaktiv etdiyi üçün Amerikanın "Uber" platformasını 824,99 milyon avro məbləğində cərimələyib.

Bazar ertəsi qəbul edilən və AP tərəfindən hələ dərc olunmayan qərarda qurum Avropanın Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (GDPR) istinad edib.

AP-nin təsdiqlədiyinə görə, "Uber"ə qarşı Fransada verilmiş şikayətlə başlayan iş 2020–2022-ci illər arasında Avropada baş vermiş insidentlərlə bağlıdır. Amerika avtomobil sifarişi nəhənginin Avropadakı baş ofisi Amsterdamda yerləşdiyinə görə iş Niderlandda araşdırılıb.

"Biz bu qərarla, eləcə də cərimənin qeyri-mütənasib məbləği ilə qəti şəkildə razılaşmırıq və apellyasiya şikayəti verəcəyik", – deyə "Uber"dən bildirilib.

Amerikanın avtomobil sifarişi nəhənginin sözlərinə görə, AP "bir neçə il əvvəl dayandırılmış köhnə təcrübələri" araşdırıb.

Uber sürücülərə təsir edən qərarlara "çox ciddi" yanaşdığını və bu qərarların "ədalətli" və "qərəzsiz" olmasını təmin etdiyini bildirib.

Şirkət qeyd edib: "Bu, həmin qərarların insanlar tərəfindən nəzərdən keçirilməsini, güclü müdafiə mexanizmlərinin tətbiqini nəzərdə tutur və sürücülər bizim səhvə yol verdiyimizi hesab etdikləri halda apellyasiya etmək imkanına malikdirlər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti