Bakı. Trend:
Avropa İttifaqı Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin limanların fəaliyyətindəki fasilələrdən zərər çəkmiş fermerlərə əlavə 220 milyon avro ayrılması ilə bağlı müraciətini rədd edib.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert Ukraynanın “Yevropeyska Pravda” internet nəşrinə bildirib.
“Ukraynanın kənd təsərrüfatı nazirinin son məktubuna cavab verdiyimizi təsdiqləyə bilərik. Cavabımızda Ukraynanın aqrar sektoruna artıq mövcud olan mexanizmlərdən istifadə etməklə mümkün dəstək istiqamətlərini müəyyən etmişik”, - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
AK nümayəndəsi əlavə edib ki, Ukrayna fermerləri hazırda da Brüsselin mövcud proqramlar çərçivəsində kreditlər üzrə faiz dərəcələrinin subsidiyalaşdırılması yolu ilə göstərdiyi dəstəkdən yararlanırlar.