Azərbaycanlı qadın güləşçilər dünya çempionatının finalına yüksəldilər

İdman Materials 20 Avqust 2026 20:40 (UTC +04:00)
Azərbaycanlı qadın güləşçilər dünya çempionatının finalına yüksəldilər
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan U-20 dünya çempionatında finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova yarımfinalda Hindistan təmsilçisi Tanvi Qundeş Maqdumla qarşılaşıb.

Günay Qurbanova rəqibinə qalib gələrək çempionatın finalına yüksəlib.

59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşa ilə üz-üzə gəlib.

Güləşçimiz görüşü 11:0 hesabı ilə başa vuraraq finala adlayıb.

Qeyd edək ki, hər iki Azərbaycan təmsilçisi qızıl medal uğrunda mübarizəyə avqustun 21-də çıxacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti