Bakıda iş yoldaşını öldürən şəxs 11,5 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 20 Avqust 2026 18:15 (UTC +04:00)
Bakıda iş yoldaşını öldürən şəxs 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda hotellərin birində iş yoldaşını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Seymur Manafov 11,5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti