Şakira dağılan 10 məktəbin yenidən tikintisi üçün 1 milyon dollardan çox vəsait ayıracaq

Dünya xəbərləri Xəbər 19 Avqust 2026 23:23 (UTC +04:00)
Şakira dağılan 10 məktəbin yenidən tikintisi üçün 1 milyon dollardan çox vəsait ayıracaq
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Əslən kolumbiyalı olan müğənni Şakira avqustun 10-da Kolumbiyada baş verən güclü zəlzələdən sonra ən çox zərər çəkən departamentlərdən biri olan Çokonun inzibati mərkəzi Kibdoya baş çəkib.

Şakira "X" platformasında yayımladığı videoda deyib: "Bura mənim sevdiyim, şagirdlərimizin sinif otaqlarımızda böyüdüyünü gördüyüm bir yerdir".

Sənətçi 49 yaşında bölgədəki təhsil müəssisələrinin, eləcə də bir universitetin yenidən qurulması üçün fəaliyyət planını açıqlayıb. Kibdoda təxminən 40 məktəb tamamilə dağılıb, yüzlərlə digər məktəb isə zərər görüb.

Şakira şagirdlərlə görüşdükdən sonra Associated Press agentliyinin jurnalistlərinə deyib: "Məni ən çox narahat edən məsələ böhran başa çatdıqdan sonra məktəblərin yenidən tikilməməsidir. Uşağın məktəbə getmədiyi hər gün onun gələcəyinin təhlükə altında olduğu bir gündür".

2026-cı il dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısının ifaçısı Şakira bu səfəri tək həyata keçirməyib. O, milyarder Uorren Baffetin oğlu və uzun illərdir Kolumbiyada xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Hovard Baffet ilə birlikdə bölgəyə gedib. Baffet daha əvvəl də Şakiranın məktəblərin tikintisi ilə bağlı layihələrinə dəstək verib.

Müğənni həmçinin "FİFA Global Citizen Education Fund" və "Live Nation" tərəfindən hər biri 500 min dollar olmaqla ianələr edildiyini, eləcə də Latın Amerikası və Karib hövzəsinin İnkişaf Bankının 250 min dollar yardım göstərəcəyini açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti