Azərbaycanda II rübdə birja ilkin bazar əqdlərinin sayı 22 minə yaxınlaşıb

İqtisadiyyat Materials 20 Avqust 2026 20:44 (UTC +04:00)
Azərbaycanda II rübdə birja ilkin bazar əqdlərinin sayı 22 minə yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin II rübündə Azərbaycanda birja ilkin və təkrar bazar əqdlərinin sayında və məbləğində dəyişikliklər qeydə alınıb.

Bu barədə Milli Depozit Mərkəzi tərəfindən 2026-cı ilin I-II rübləri üzrə açıqlanan Statistik Bülletendə bildirilib.

Bülletenə əsasən, II rübdə AZN ilə birja ilkin bazar əqdlərinin sayı 21 919, ümumi məbləği isə 917 milyon 152 min 540 manat təşkil edib. I rübdə isə bu göstəricilər müvafiq olaraq 1 245 əqd və 417 milyon 780 min 907 manat olub.

Beləliklə, II rübdə manatla birja ilkin bazar əqdlərinin sayı I rüblə müqayisədə 20 674 əqd, məbləği isə 499 milyon 371 min 633 manat artıb.

ABŞ dolları ilə birja ilkin bazar əqdlərinin sayı II rübdə 106, məbləği isə 5 milyon ABŞ dolları olub. I rübdə bu göstəricilər 104 əqd və 2 milyon dollar təşkil edib.

Təkrar bazar üzrə isə manatla əqdlərin sayı II rübdə 5 533, ümumi məbləği 138 milyon 371 min 564 manat olub. I rübdə 3 031 əqd üzrə ümumi məbləğ 629 milyon 17 min 866 manat təşkil edib.

Bu, II rübdə manatla birja təkrar bazar əqdlərinin sayının I rüblə müqayisədə 2 502 əqd artdığını, lakin əqdlərin ümumi məbləğinin 490 milyon 646 min 302 manat azaldığını göstərir.

ABŞ dolları ilə birja təkrar bazar əqdlərinin sayı II rübdə 275, məbləği isə 41 milyon 40 min 207 dollar olub. I rübdə bu göstəricilər 199 əqd və 29 milyon 974 min 183 dollar təşkil edib.

Beləliklə, dollarla təkrar bazar əqdlərinin sayı II rübdə 76 əqd, ümumi məbləği isə 11 milyon 66 min 24 dollar artıb.

Ümumilikdə, statistik göstəricilər 2026-cı ilin II rübündə manatla ilkin bazarda əqdlərin sayında və məbləğində, həmçinin dollarla ilkin və təkrar bazar əqdlərinin məbləğində artım olduğunu göstərir. Eyni zamanda, manatla təkrar bazar əqdlərinin sayı artsa da, onların ümumi məbləği əvvəlki rüblə müqayisədə azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti