İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dünya xəbərləri Materials 19 Avqust 2026 21:29 (UTC +04:00)
İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri avqustun 18-də Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsi yaxınlığında baş verən hücumda HƏMAS təşkilatının hərbi qanadı olan Beyt Lahiya batalyonunun Nuhba xüsusi təyinatlı bölməsinin bir bölük komandirini və üç tağım komandirini öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"Əş-Şati bölgəsində baş verən hücum nəticəsində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Nuhba qrupunun bir bölük komandirini və üç tağım komandirini öldürüb", - deyə açıqlamada bildirilir.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, zərbə nəticəsində Nuhba bölüyünün komandiri Məhəmməd Həmdi Əhməd əl-Məsri, eləcə də 2023-cü il 7 oktyabr qırğını zamanı İsrail ərazisinə soxulan Nuhba tağım komandirləri Məhəmməd Attar, Məhəmməd Fəthi Hüseyn Nasir və Səməd Samir Hərb Əbu Həbəl öldürülüb.

Xəbər lenti

Xəbər lenti