U-20 dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

İdman Materials 20 Avqust 2026 18:11 (UTC +04:00)
U-20 dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Günay Qurbanova (57 kiloqram) macarıstanlı Liliana Kapuvarini 12:1, özbəkistanlı Ulbiye Karılıbayevanı 11:1, kanadalı Aqniya Krakovskayanı isə “tuş”la məğlub edib. O, finala gedən yolda hindistanlı Tanvi Gundeş Maqdumla qarşılaşacaq.

Ruzanna Məmmədova (59 kiloqram) isə üçqat U-20 Avropa çempionu ispaniyalı Rosa Molina Rodriqesi 10:0, hindistanlı Komal Komalı isə 14:2 hesabı ilə üstələyib. Məmmədova yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşla üz-üzə gələcək.

Sərbəst güləşdə Camal Abbasov (61 kiloqram) moldovalı Marçel Andronakeni və monqol Dulquun Enxbaatarı 10:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda ABŞ-li Aaron Ceyms Zaydelə uduzub.

Məhəmməd Abbaszadə (86 kiloqram) bolqarıstanlı Alan Tiqiyevə “tuş”la qalib gəlib, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə yenilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın aktivində 5 medal var. Yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kiloqram) qızıl, Cavidan Nehmətov (77 kiloqram) gümüş, Emin Cavadlı (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal əldə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti