Gəncədə zibillikdə ölü döl aşkarlanıb

Hadisə Materials 20 Avqust 2026 11:22 (UTC +04:00)
Gəncədə zibillikdə ölü döl aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 19-da Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti