Türkiyə Yunanıstanın bərpa olunan enerji mənbələri ilə bağlı reqlamentini tanımadığını bəyan edib

Dünya xəbərləri Materials 20 Avqust 2026 02:26 (UTC +04:00)
Türkiyə Yunanıstanın bərpa olunan enerji mənbələri ilə bağlı reqlamentini tanımadığını bəyan edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Yunanıstan tərəfindən qəbul edilmiş Egey dənizini də əhatə edəcək Bərpa Olunan Enerji Mənbələri üzrə Xüsusi Məkan Çərçivəsini özü üçün hüquqi qüvvəyə malik hesab etmir və Afinanı Egey dənizində beynəlxalq dəniz hüququnu pozan birtərəfli addımlardan çəkinməyə çağırıb.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanda avqustun 19-da qüvvəyə minmiş yeni reqlamenti şərh edərkən bildirib.

Ətraf mühit nazirliyinin hazırladığı yeni reqlament, o cümlədən Egey dənizindəki adalarda, bərpa olunan enerji mənbələri üçün ciddi məhdudiyyətləri nəzərdə tutur.

"Daha əvvəl də dəfələrlə vurğuladığımız kimi, yeni reqlament, bu və buna bənzər təşəbbüslər Egey dənizi ilə bağlı məsələlərdə Türkiyənin hüquqi mövqeyinə təsir göstərməyəcək", — diplomat "X" sosial şəbəkəsində yazıb.

"Xatırladırıq ki, Egey və Aralıq dənizi kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinmək lazımdır və beynəlxalq dəniz hüququ sahilyanı dövlətlər arasında əməkdaşlığı təşviq edir. Bir daha vurğulayırıq ki, Türkiyə Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazırdır. Türkiyə 7 dekabr 2023-cü il tarixli Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi çərçivəsində problemlərin beynəlxalq hüquq, ədalətlilik və yaxşı qonşuluq prinsipləri əsasında həlli üçün səmimi və hərtərəfli yanaşmanın qəbul edilməsinin zəruri olduğu barədə mövqeyini qoruyub saxlayır", — XİN sözçüsü qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti