Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini bildirib.
O, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Tramp qeyd edib ki, bu görüş onun prezidentliyinin ilk dönəmində Şimali Koreyanın nüvə silahı proqramından imtina etməsinə nail olmaq məqsədilə başladığı diplomatik səylərin yenidən bərpa olunacağına işarə edə bilər.
Tramp bildirib ki, Şimali Koreyanın nüvə arsenalına malik olmasına keçmiş prezidentlər tərəfindən heç vaxt imkan verilməməli idi.
“Mən onunla çox yaxşı münasibətdəyəm... O, yaxşı olacaq. ABŞ-nin başında ağıllı prezident olduğu müddətdə onun vəziyyəti yaxşı olacaq”, - deyə Tramp qeyd edib.
