Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq

Dünya xəbərləri Materials 19 Avqust 2026 07:49 (UTC +04:00)
Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq

Bakı. Trend:

Cənubi Koreya ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) birgə keçirilən hərbi təlimi vaxtından əvvəl – avqustun 21-də başa çatdırılacaq.

Bu barədə Cənubi Koreyanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, təlimin avqustun 17-27-də keçirilməsi planlaşdırılırdı. Lakin ABŞ-nin təklifi ilə təlimin vaxtının və miqyasının tənzimlənməsi barədə qərar qəbul olunub. Avqustun 17-də başlayan təlimin ayın 21-də yekunlaşdırılması qərara alınıb.

Qeyd edək ki, bu il mayın 16-da ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın rəhbəri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu deyib. O, ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməsinə narazılığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti