UEFA Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə heç-heçə edib

İdman Materials 19 Avqust 2026 02:15 (UTC +04:00)
UEFA Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə heç-heçə edib

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” komandası bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

İstanbul təmsilçisi öz meydanında Fransanın “Lyon” klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bu gün, həmçinin daha iki oyun keçirilib. Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası evdə Norveçin “Vikinq” klubunu, Bolqarıstanın “Levski” (Sofiya) kollektivi isə Yunanıstan AEK-ini sınağa çəkib. "Dinamo"– "Vikinq" oyunu 2:2, "Levski" - AEK qarşılaşması isə 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 25-də 26-da olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti