FIFA İnfantinonu tənqid edən yüksək vəzifəli əməkdaşını işdən çıxarıb

Dünya xəbərləri Materials 18 Avqust 2026 11:01 (UTC +04:00)
FIFA İnfantinonu tənqid edən yüksək vəzifəli əməkdaşını işdən çıxarıb
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Futbol Federasiyası (FIFA) prezident Canni İnfantinonun planını tənqid edən yüksək vəzifəli əməkdaşlarından birini vəzifəsindən azad edib.

Sky News-un məlumatına görə, FIFA-nın baş əməliyyat direktoru Lamur federasiya prezidentinin Dünya Kubokunun keçirilməsi ilə bağlı bəzi hüquqların investorlara satılması planını tənqid etdikdən sonra işdən çıxarılıb. FIFA onun vəzifədən ayrılmasının səbəbləri və şərtləri ilə bağlı açıqlama verməyib.

45 yaşlı Lamur iyul ayında yazdığı açıqlamada FIFA əməkdaşlarının İnfantinonun son aylarda bu planla bağlı açıq şəkildə müzakirə aparmaması səbəbindən “aldadıldığını” bildirib.

O, əməkdaşların “hörmətsizlik və təzyiqdən daha yaxşı münasibətə layiq olduqlarını” qeyd edib.

Lamurun açıqlaması İnfantinonun baş məsləhətçisi Karlos Kordeironun istefasından bir neçə saat sonra yayımlanıb. Kordeiro digər yüksək vəzifəli FIFA əməkdaşlarını da bu məsələ ilə bağlı mövqelərini bildirməyə çağırmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti