İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Dünya xəbərləri Materials 19 Avqust 2026 00:45 (UTC +04:00)
İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Bakı. Trend:

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli komandirinə qarşı hücum həyata keçirib.

Bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş keçirdiyi yer hədəfə alınıb.

Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti