Bakı. Trend:
Ukrayna ölkənin enerji sisteminə dəstək çərçivəsində enerji avadanlıqları formasında yardım göstərdiyinə görə Azərbaycana təşəkkür edib.
Ukraynanın Energetika Nazirliyi özünün X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımladığı açıqlamada Azərbaycana və digər beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Açıqlamada qeyd olunub:
“2026-cı ilin əvvəlindən etibarən enerji avadanlıqları formasında yardım Avropa İttifaqı ölkələri, Avstriya, Azərbaycan, Belçika, Danimarka, Estoniya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Almaniya, Norveç, Slovakiya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Filippin, İsveçrə, İsveç, Yaponiya, Çexiya, Polşa, Kipr, Çin, həmçinin UNICEF/WASH, IOM, PFRU və VOLVO tərəfindən təqdim olunub”.
Nazirlik bildirib ki, ümumilikdə 2022-ci ilin martından ölkənin Energetika Nazirliyinin koordinasiyası ilə Ukraynaya ümumi çəkisi 32,3 min tondan çox olan enerji avadanlıqlarından ibarət 2 542 humanitar yük daxil olub. 28,9 min tondan çox avadanlıq artıq regionlar arasında bölüşdürülüb.
“Ukraynanın enerji sisteminin fəaliyyətini təmin etməkdə göstərdikləri yardıma görə bütün tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk”, — deyə Ukrayna Energetika Nazirliyindən vurğulanıb.
