Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

İdman Materials 19 Avqust 2026 01:11 (UTC +04:00)
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kiloqram) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək, dünya üçüncüsü olub.

Bununla da, millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kiloqram) gümüş, Tural Əhmədov (63 kiloqram) isə bürünc medal əldə edib.

Xəbər lenti

Xəbər lenti