Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşub - Dövlət Komitəsi

Cəmiyyət Materials 18 Avqust 2026 11:30 (UTC +04:00)
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşub - Dövlət Komitəsi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bir müddət əvvəl iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı sosial şəbəkələrdə video müraciət edən qadının uşaqları anaya təhvil verilib.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qadın “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin 116111 nömrəsinə müraciət edərək 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirib.

"Müraciət əsasında məsələ Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönləndirilib. Uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində uşaqlar ötən gün anaya təhvil verilib.

Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 7 və 4 yaşlı uşaqlarına qovuşub",-deyə komitədən əlavə edilib.

Qeyd edək ki, Gəncə sakini, iki uşaq anası 24 yaşlı Jalə Adil qızı Ağayeva övladlarının babaları tərəfindən aparılaraq ona qaytarılmadığını bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti