"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayır

İdman Materials 19 Avqust 2026 09:45 (UTC +04:00)
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Sabah" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfər qarşılaşmasında İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə gələcək.

Buxarestdə yerləşən "Quleşti" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 25-də saat 20:45-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti