İsrail Müdafiə Ordusunun Qəzzada öz mövqelərində qalacağını bildirib

Dünya xəbərləri Materials 17 Avqust 2026 23:01 (UTC +04:00)
İsrail Müdafiə Ordusunun Qəzzada öz mövqelərində qalacağını bildirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Ordusu Qəzzada sözdə “sarı xətt”dən geri çəkilməyəcək və hazırkı mövqelərində qalacaq. İsrail silahlı radikalların nöqtəvi şəkildə zərərsizləşdirilməsi ilə bağlı yanaşmasını da dəyişməyəcək.

Bu barədə İsrail hökumətinin başçısının müşaviri Dmitri Gendelman Benyamin Netanyahunun ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə görüşünün yekunları ilə bağlı TASS-a bildirib.

İsrail Müdafiə Ordusu "sarı xətt"dən geri çəkilməyəcək, hazırkı mövqelərində qalacaq və qüvvələrinə və vətəndaşlarına qarşı istənilən təhdidin qarşısını almağa davam edəcək. İsrail həmçinin döyüşçülərin nöqtəvi şəkildə zərərsizləşdirilməsi ilə bağlı yanaşmasını dəyişməyəcək”, – deyə o bildirib.

“Görüşdə söhbət ondan gedib ki, HƏMAS bütün Qəzza sektoru ərazisində silahsızlaşdırılmayana qədər burada heç bir bərpa işləri aparılmayacaq. Demilitarizasiyanın ilk addımı HƏMAS-dan silahlarını ABŞ-ın nəzarəti altında məhv edilmək üçün təhvil verməsinin tələb olunması olacaq”, – Gendelman əlavə edib.

Xəbər lenti

Xəbər lenti