Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Xəbər 17 Avqust 2026 17:15 (UTC +04:00)
Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb (YENİLƏNİB) (FOTO)
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 17-də doğma yurduna yola salınan köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.

"Bu mərhələdə kəndə 39 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib.Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər".

xxx

06:51

Xocavənd və Şuşa rayonlarına növbəti köç karvanı yola salınıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçürülür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti