Bakı. Trend:
Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) avqustun 17-də saat 17:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
"Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir. Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb".
xxx
20:01
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib.
Trend xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, “VAZ 2106” və “KİA” markalı iki minik avtomobili toqquşub. Hadisə zamanı Sarıtəpə kəndinin 5 sakini həlak olub. Onlardan 3-ü uşaq, 2-si isə böyükdür.
Faktla bağlı araşdırma aparılır.
