"Brent" markalı neftin qiyməti 30 iyuldan bəri ilk dəfə 92 dolları keçib

İqtisadiyyat Materials 19 Avqust 2026 06:18 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 30 iyuldan bəri ilk dəfə 92 dolları keçib

Bakı. Trend:

Londonun ICE birjasında oktyabr tədarüklü "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2026-cı il iyulun 30-dan bəri ilk dəfə bir barel üçün 92 dolları ötüb.

Bu barədə hərracların məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 05:50-yə olan məlumata görə, "Brent" neftinin qiyməti 1,13 faiz artaraq bir barel üçün 92,05 dollara çatıb.

Saat 06:08-ə olan məlumata əsasən, Brent neftinin bahalaşma tempi zəifləyərək 0,97 faiz təşkil edib və qiymət bir barel üçün 91,9 dollar olub. Eyni zamanda, sentyabr tədarüklü WTI markalı neftin fyuçersləri 1,46 faiz bahalaşaraq bir barel üçün 84,96 dollara yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti