Fransalı Kevin Lamur İnfantinonu tənqid etdikdən sonra vəzifəsini tərk edib

İdman Materials 18 Avqust 2026 05:17 (UTC +04:00)
Fransalı Kevin Lamur İnfantinonu tənqid etdikdən sonra vəzifəsini tərk edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

FİFA-nın 3-cü rəhbər şəxsi olan fransalı Kevin Lamur Canni İnfantinonun özəl investorların quruma cəlb edilməsi ilə bağlı, sonradan dayandırılan layihəsini tənqid etdikdən sonra vəzifəsini tərk edib.

Bu barədə bazar ertəsi dünya futbol qurumunun nümayəndəsi məlumat verib.

"FİFA təsdiqləyə bilər ki, FİFA ilə Kevin Lamur arasında, onun FİFA-nın əməliyyatlar üzrə baş direktoru vəzifəsində fəaliyyəti çərçivəsində əməkdaşlıq 17 avqust 2026-cı ildə başa çatıb", — qurumun nümayəndəsi Le Figaroya bildirib.

"FİFA Kevinə iki illik xidmətinə görə təşəkkür edir və gələcək fəaliyyətində ona uğurlar arzulayır. Bununla bağlı əlavə şərh verilməyəcək", — nümayəndə əlavə edib.

Daha əvvəl UEFA-da çalışmış Lamur 2024-cü ilin noyabrından FİFA-nın əməliyyatlar üzrə baş direktoru vəzifəsini tuturdu. O, hüquq, kommunikasiya və insan resursları kimi əsas inzibati sahələrə nəzarət edirdi.

Lamur İnfantinonun FİFA-nı özəl investorlar üçün açmaq planını ən yüksək səviyyədə tənqid edən şəxslərdən biri olub.

Lamur iyulun 31-də yayımlanan bəyanatında belə yazmışdı:

"Bu, yalnız bir şəxsin layihəsidir. Bu layihə nəinki həyata keçirilməməlidir, həm də artıq dünya futbolunun rəhbərlərinin özlərinə doğru sualları verməsinin və düzgün qərarlar qəbul etməsinin vaxtıdır".

O, FİFA əməkdaşlarının "hörmətsizlik və hədələrdən daha yaxşı münasibətə layiq olduğunu" vurğulayıb.

"Əgər bu, işimi itirməyim deməkdirsə, qoy belə olsun. Bu qərarı anlayacaq və hörmətlə qarşılayacağam. Ən azı bu gecə rahat yatacağam", — deyə Lamur bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti