Tramp Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Dünya xəbərləri Materials 19 Avqust 2026 06:55 (UTC +04:00)
Tramp Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Bakı. Trend:

ABŞ Kanada mallarına tətbiq ediləcək 50 faizlik gömrük rüsumlarının qüvvəyə minməsini üç gün müddətinə təxirə salıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bildirib ki, Kanada və ABŞ sənədlərin yekun razılaşdırılması nəzərə alınmaqla razılığa gəldiyi üçün sabah səhər qüvvəyə minməli olan 50 faizlik rüsumların tətbiqini üç gün müddətinə dayandırıb.

O əlavə edib ki, əvvəlki prezident Co Bayden administrasiyası tərəfindən dayandırılan, Kanadanın Alberta əyalətindən ABŞ-ın Texas ştatına uzanan Keystone XL neft kəməri layihəsi yenidən bərpa oluna bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti