Hörmüzdən keçid ödənişsiz olmalıdır - Ərdoğan

Dünya xəbərləri Materials 17 Avqust 2026 17:36 (UTC +04:00)
Hörmüzdən keçid ödənişsiz olmalıdır - Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hörmüz boğazından gəmilərin keçidi sərbəst və ödənişsiz olmalıdır.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Al- Jazeera” telekanalına müsahibəsində deyib.

Türkiyə liderinin sözlərinə görə, boğazın bağlanması dünya ticarəti üçün ciddi problemlər yaradır, çünki beynəlxalq neft daşımalarının əhəmiyyətli hissəsi bu marşrutdan keçir.

Ərdoğan hesab edir ki, Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi dünya ticarətinin bərpasına və neft bazarında vəziyyətin normallaşmasına kömək edə bilər. O, gəmilərin hərəkətinin mümkün qədər tez bərpa olunmasına və beynəlxalq gəmiçiliyə maneələrin aradan qaldırılmasına çağırıb.

“Biz bunu dəstəkləyirik və İran da bunu dəstəkləyir. Dünya ticarətindəki bu pozuntulara son qoyulacağını gözləyirik”, – deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti