Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb

Hadisə Materials 18 Avqust 2026 20:44 (UTC +04:00)
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, əslən Ağdam rayonunun Güllücə kəndindən olan, hazırda Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşan Cəmilə Zeynalova və Mahirə Qədimova yolu keçərkən hərəkətdə olan “VAZ-2107” markalı avtomobil tərəfindən vurulublar.

Nəticədə piyadalardan biri hadisə yerində həyatını itirib. Digər yaralı isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti