Bakı. Trend:
Avqustun 17-də Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində axtarışda olan 101 nəfər saxlanılıb, itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 17-də ölkə ərazisində qeydə alınmış 43, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Axtarışda olduğuna görə ümumilikdə 101 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 6 nəfər də keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng və 2 patron aşkar edərək götürüblər.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
DİN qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlərin davam etdirildiyini bildirib.
