Çində ziyafət zamanı divarın uçması nəticəsində beş nəfər ölüb

Dünya xəbərləri Materials 19 Avqust 2026 07:27 (UTC +04:00)
Çində ziyafət zamanı divarın uçması nəticəsində beş nəfər ölüb

Bakı. Trend:

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində bayram süfrəsi zamanı divarın uçması nəticəsində azı 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə regionun Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Departamentin WeChat səhifəsində dəqiqləşdirildiyi kimi, hadisə avqustun 18-də saat 17:30-da (Moskva vaxtı ilə 12:30) Çannin dairəsində baş verib. Burada yerli sakinlərdən biri övladlarının təhsil müəssisəsinə qəbul olunması münasibətilə evinin həyətində qonaqlıq təşkil edib.

Müvəqqəti qurulmuş örtüyün üzərində yağış suyunun toplanması nəticəsində onu saxlayan troslar həddindən artıq gərilib və divar uçub.

Hadisə nəticəsində üç nəfər hadisə yerində, daha iki nəfər isə xəstəxanada dünyasını dəyişib. Yaralılar yerli xəstəxanalardan birində müalicə olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti