Azad edilmiş ərazilərdə bir həftədə 746 mina və partlayıcı sursat aşkarlanıb

Cəmiyyət Materials 17 Avqust 2026 14:57 (UTC +04:00)
Azad edilmiş ərazilərdə bir həftədə 746 mina və partlayıcı sursat aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə avqustun 10-dan 16-dək aparılan minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 746 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 107 piyada əleyhinə mina, 25 tank əleyhinə mina və 614 digər partlayıcı sursat aşkar edilib.

Hesabat dövründə ümumilikdə 17 004 381 kvadratmetr, yəni 1 700,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA və bu fəaliyyətə cəlb olunmuş digər qurumlar tərəfindən davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti