Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə əlaqə saxladığını bildirib.
O, bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
Bundan əvvəl ABŞ-nin “Axios” portalı mənbələrə istinadən Ağ Ev ilə SEPAH rəhbərliyi arasında qeyri-rəsmi əlaqə kanallarının mövcudluğu barədə məlumat yaymışdı.
“Fox”a müsahibəsində Ağ Evin rəhbəri eyni zamanda Omanı xəbərdar edib. O bildirib ki, ABŞ İrana dair münaqişənin nizamlanmasına mane olacağı təqdirdə Omana zərbələr endiriləcək
“Əgər Oman qarşımızı kəsərsə, onları yerlə-yeksan edəcəyik”, – deyə o, “Fox News” telekanalına müsahibəsində bildirib.
