Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 15 Avqust 2026 16:47 (UTC +04:00)
Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakının Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib:

"Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.

Araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Araşdırmalar davam etdirilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti