Hindistanda məbəd yaxınlığında yaranan izdihamda yeddi nəfər ölüb

Dünya xəbərləri Materials 17 Avqust 2026 08:44 (UTC +04:00)
Hindistanda məbəd yaxınlığında yaranan izdihamda yeddi nəfər ölüb

Bakı. Trend:

Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında Aşok Dham məbədi yaxınlığında keçirilən dini tədbir zamanı yaranan izdiham nəticəsində azı yeddi nəfər həlak olub.

Bu barədə yerli polis məlumat verib.

Polis rəisinin müavini Şivam Kumarın ANI agentliyinə verdiyi məlumata görə, ilkin ehtimala əsasən, elektrik ötürücü xəttin dirəyi aşıb, insanlar elektrik cərəyanına məruz qalıb və bu, izdihama səbəb olub.

"Yeddi nəfərin öldüyü barədə məlumat daxil olub. Hadisənin dəqiq səbəbi bütün halların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək", – deyə o bildirib.

Məlumata görə, hadisə nəticəsində onlarla insan da xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti