Abdellah Zubir "Qarabağ"ı tərk edib

İdman Xəbər 16 Avqust 2026 13:27 (UTC +04:00)
Abdellah Zubir "Qarabağ"ı tərk edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" futbolçusu Abdellah Zubirlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.

"Qarabağ" formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.

"8 ildən sonra həyatımda yeni bir mərhələyə başlamağın vaxtı gəldi.

Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üçün çox önəmli olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və öyrətdiyi hər şeyə görə ona minnətdaram.

Ən əsası isə bütün azarkeşlərə və bütün ölkəyə mənə bəxş etdiyiniz inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və səmimi münasibətiniz bütün bu illər ərzində mənimlə olub", - deyə Zubir İnstagram hesabında paylaşım edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti