Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar (FOTO)

İdman Materials 16 Avqust 2026 22:18 (UTC +04:00)
Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar (FOTO)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə badminton üzrə “Junior International Series” kateqoriyasında keçirilən “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri başa çatıb.

Bu barədə Badminton Federasiyasından məlumat verilib.

Məlumata əsasən, Azərbaycan, Türkiyə, Hindistan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İran, Özbəkistan, Gürcüstan və Tacikistanı təmsil edən ümumilikdə 64 yeniyetmə və gənc idmançının iştirak etdiyi yarışda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Azərbaycan badmintonçuları turniri uğurlu nəticələrlə başa vurublar.

Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərinə 2:0 (21:16, 23:21) hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva tandemi, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov final mərhələsini ikinci pillədə başa vuraraq gümüş medala layiq görülüb.

Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva tandemi bürünc medal qazanıb.

Turnirin ümumi mükafat fondu 5 000 ABŞ dolları (8 500 manat) təşkil edib.

Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvim planına daxil olan “Azerbaijan Junior Open 2026” turnirinin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçularımızın beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin daha da gücləndirilməsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti