İran ordusu ABŞ hərbçisini qətlə yetirənə və ya əsir götürənə mükafat vəd edib

Dünya xəbərləri Materials 16 Avqust 2026 20:46 (UTC +04:00)
İran ordusu ABŞ hərbçisini qətlə yetirənə və ya əsir götürənə mükafat vəd edib

Bakı. Trend:

İran ordusunun komandanı Əmir Hatəmi bəyan edib ki, ABŞ qoşunları İran ərazisinə müdaxilə edəcəyi təqdirdə, əsir götürülən və ya öldürülən hər bir amerikalı hərbçiyə görə mükafat veriləcək.

Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata görə Hatəmi bildirib: "Bu maliyyə kampaniyasında iştirak etmək üçün çoxsaylı müraciətlər nəzərə alınaraq, belə bir plan hazırlanıb: ABŞ təcavüzkarını öldürən və ya onu əsir götürərək təhvil verən hər bir şəxsə İran İslam Respublikası Ordusunun zəmanəti ilə 30 min dollar və ya 50 milyard rial məbləğində mükafat veriləcək. Belə bir əməli həyata keçirən cəsur iranlı qadınlara isə ikiqat məbləğdə mükafat ödəniləcək."

Məqalədə:

Xəbər lenti

Xəbər lenti