Bakı. Trend:
Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
