Kolumbiyada zəlzələ qurbanlarının sayı 294 nəfərə çatıb

Dünya xəbərləri Materials 16 Avqust 2026 09:55 (UTC +04:00)
Kolumbiyada zəlzələ qurbanlarının sayı 294 nəfərə çatıb

Bakı. Trend:

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 294 nəfərə çatıb.

Ölkənin Fəlakət Risklərinin İdarə Olunması üzrə Milli İdarəsinin (UNGRD) məlumatına görə, 3 935 nəfər yaralanıb, 320 nəfər itkin düşüb, 353 nəfər isə xilas edilib.

Qurumun son məlumatına əsasən, təbii fəlakət 15 departamentin 448 bələdiyyəsində 54 008 ailəyə, ümumilikdə isə 115 461 nəfərə təsir göstərib. Bildirilir ki, 66 bina tamamilə dağılıb, 14 493 ev məhv olub, daha 81 506 yaşayış evi isə zədələnib.

UNGRD "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Kolumbiya hökuməti beynəlxalq yardımın cəlb edilməsini təsdiqləyib. Yardım çərçivəsində ABŞ, Ekvador və İsraildən BMT tərəfindən sertifikatlaşdırılmış axtarış-xilasetmə qrupları ölkəyə göndərilir.

Hakimiyyət orqanları əlavə beynəlxalq dəstəyə ehtiyacın olub-olmadığını qiymətləndirməyə davam edir.

Xəbər lenti

Xəbər lenti