"Neftçi" mövsümün ilk oyununda səfərdə "Sumqayıt"ı məğlub etdi

İdman Materials 16 Avqust 2026 21:18 (UTC +04:00)
"Neftçi" mövsümün ilk oyununda səfərdə "Sumqayıt"ı məğlub etdi
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında 1-ci turun növbəti qarşılaşması baş tutub.

"Sumqayıt" doğma divarlar arasında "Neftçi"ni qəbul edib.

"SOCAR Polymer Arena"da keçirilən görüş paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində 23 və 55-ci dəqiqələrdə Breno Almeyda fərqlənib. 31-ci dəqiqədə Lyubomir Tupta rəqib qapısına yol tapıb. "Sumqayıt"ın tək qolunu isə 67-ci dəqiqədə Nadir Orucov vurub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb. Tura avqustun 17-də "Qarabağ"-"Şamaxı" matçı ilə yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti