Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 5,933 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,845 milyon ABŞ dolları və ya 2,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox qeyri-neft məhsulları Böyük Britaniyaya edilib. Belə ki, bu ilin ilk 7 ayında Azərbaycandan sözügedən ölkəyə 3,476 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Hesabat dövründə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrin siyahısını təqdim edirik:
|
Ölkələrin adı |
Min ABŞ dolları |
Ümumi ixraca nisbətən %-lə |
|
Cəmi |
5 933 171.47 |
100.00 |
|
o cümlədən: |
||
|
Böyük Britaniya |
3 475 981.41 |
58.59 |
|
Rusiya |
731 657.49 |
12.33 |
|
Türkiyə |
390 586.27 |
6.58 |
|
Gürcüstan |
328 051.12 |
5.53 |
|
İsveçrə |
251 633.35 |
4.24 |
|
Digər ölkələr |
755 261.83 |
12.73 |
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirir. Son illərdə qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Bu çərçivədə sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistika, turizm və bərpa olunan enerji sahələrinə investisiyalar artırılır, ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının xarici bazarlara çıxışının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Məqsəd iqtisadiyyatın neft gəlirlərindən asılılığını tədricən azaltmaq və dayanıqlı iqtisadi artımı təmin etməkdir. Bu kontekstdə ölkə rəhbərliyi qeyri-neft sahələrinin investisiya baxımından əsas inkişaf istiqaməti olduğunu vurğulayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: "Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib. İnvestisiya imkanları əsasən qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, eləcə də nəqliyyat və logistika sahələrini əhatə edir”.
